Azərsun Holdinqdən süni intellekt təlimi: Effektiv idarəetmə yolları
“Azərsun Holdinq” media nümayəndələrinin rəqəmsal bacarıqlarını artırmaq və müasir texnologiyaların media sahəsində tətbiqini təşviq etmək məqsədilə “Süni intellekt dövründə effektiv sayt idarəetməsi” mövzusunda təlim keçirmişdir. Təlim “Proxima Tech Solutions” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilmişdir.
Minval.info xəbər verir ki, bu təlimdə iştirakçılara süni intellekt platformalarında məzmunun görünürlüğünün artırılması, saytların effektiv idarə olunması və rəqəmsal mühitdə daha geniş auditoriyaya çatmaq üçün müasir yanaşmalar haqqında məlumat verilmişdir. “Proxima Tech Solutions” mütəxəssisləri tərəfindən iştirakçılara süni zəka sistemləri üzərindən axtarışlar zamanı yazılarının ilk sırada görünməsi üçün diqqət yetirilməli əsas məqamlar izah olunmuşdur.
Təlim çərçivəsində süni intellektin inkişafının rəqəmsal media mühitinə təsiri, keyfiyyətli və düzgün strukturlaşdırılmış məzmunun hazırlanmasının əhəmiyyəti, həmçinin müasir axtarış alqoritmlərinin tələbləri barədə fikir mübadiləsi aparılmışdır. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir. Qeyd edək ki, “Azərsun Holdinq” daha əvvəl də media nümayəndələri üçün “Azərbaycan dilində mətn yaradılmasında süni intellekt alətlərindən istifadə” mövzusunda təlim keçirmişdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib