Azərbaycanlı reper erotik klipini yenə yayımladı - (VİDEO )
Son zamanlar bəzi azərbaycanlı musiqiçilər yaş məhdudiyyəti tələb edən işlər ərsəyə gətirməyə başlayıblar.
Xüsusilə, reperlər ətraflarına açıq-saçıq geyinmiş qızları toplayıb klip çəkdirir, konsert verirlər.
Bir müddət öncə Minval.info Roshka Rosh adı ilə tanına reperin 18+ klipi barədə məlumat vermişdi (Həmin yazını oxumaq üçün DAXİL OL). “Baha bala” adlanan trekdə qadınlara seks obyekti kimi yanaşılır, fahişəliyin narkomaniya və alkoqolizmin təbliğatı aparılır.
Klipə gəldikdə isə azyaşlıların izləməsi üçün uyğun olmasa da, klip üçün 18+ qeydi edilməyib. Üstəlik heç bir qeydiyyat olmadan hər kəs bu videonu izləyə bilər.
Yazıdan sonra Roshka qınaqlardan qaçmaq üçün video klipi “Youtube” platformasında gizli edib. Bu yolla iz itirmək istəyən Roshka, görünür, öz əməlinin fərqinə varmayıb, sadəcə videonu gizli etməklə göz bağlamağa çalışıb. Reper təxminən bir ay diqqətin onun üzərindən yayınmasını gözləyib. Bu yaxınlarda isə videonu “Youtube” videohostinq platformasında yenidən aktiv edib. Video daha əvvəl olduğu kimi yenə heç bir yaş məhdudiyyəti olmadan hər kəs tərəfindən izlənilə bilir.
Belə anlaşılır ki, ictimai qınaqdan az da olsa çəkinən Roshka daha sonra rəsmi nəzarət mexanizminin olmamasından istifadə öz işlərinə davam edir.
Minval.info
https://www.youtube.com/watch?v=ADYsxhVvjjI
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır









