Bakıda fahişəliyi, narkomaniyanı təbliğ edən klip çəkilib - Nəzarət yoxdur (VİDEO 18 +)
Son zamanlar bəzi azərbaycanlı musiqiçilər yaş məhdudiyyətli işlər ərsəyə gətirməyə başlayıblar.
Xüsusilə, reperlər ətraflarına açıq-saçıq geyinmiş qızları toplayıb klip çəkdirir, konsert verirlər. Ötən il Rüzgar “Sex in trap” trekinə çəkdiyi klipdə açıq sevişmə səhnələrinə yer vermişdi. Klipin 18+ olduğu qeyd edilmiş və yalnız elektron ünvanı vasitəsilə ilə qeydiyyatdan keçmiş istifadəçilər üçün açıqdır.
Ondan bir müddət sonra isə Roshka adı ilə tanınan reper ətrafına yüngül əxlaq qızları toplayıb klip çəkib. Əslində klipdən öncə mahnının özünə nəzər salmaq lazımdır.
“Baha bala” adlanan trekdə qadınlara seks obyekti kimi yanaşılır, “sağa bax, sola bax, hər yerdə bala var, hamımız üçün var”- deyərək əslində bütün Azərbaycan qadınlarını təhqir edilir.
ƏLAQƏLİ
VACİBMəhkəmə qərarı var, dəmir hasar isə sökülmür! - Əsabil Qasımova məktub göndərildi
Daha sonra qızlara qiymət də qoyan Roshka əslində fahişəliyin təbliğatını aparır. Mahnıda intim münasibətlərə xas səs effektlərindən də geniş istifadə edilir.
Klipə gəldikdə isə azyaşlıların izləməsi üçün uyğun olmasa da, klip üçün 18+ qeydi edilməyib. Üstəlik heç bir qeydiyyat olmadan hər kəs bu videonu izləyə bilər.
Görünür, uşaqlıqdan özünə düzgün yol seçə bilməmiş Roshka təbliğ etdiyi əxlaqsızlığın hər kəsə çatması arzusundadır. Klipdəki qızlara toxunaraq öz cinsi aclığını doyurmağa çalışan reper masanın üzərində görünən içki şüşələri və narkotik vasitələri çəkmək üçün boru tipli alətlə alkoqolizmi və narkomaniyanı da təbliğ etməklə məşğuldur. Porno filmləri xatırladan video klipdə homoseksuallıq elementləri də öz əksini tapır: qızlar bir-birləri ilə öpüşür.
ƏLAQƏLİ
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Trekin “uğuru” yalnız 1 milyondan çox izlənmə sayı və yazılan müsbət rəylərlə bitmir, üstəlik Roshkanın pərəstişkarı qızlar bu mahnı sədaları altında rəqs edib, daha doğrusu bədənlərini nümayiş etdirib çəkdikləri videoları Roshka ilə bölüşürlər.
Görünür, bu qızların da məqsədi özlərinin “baha” olduqlarını sübut etməkdir. Əks halda qızları bu qədər alçaldan bir mahnı onların qəzəbinə səbəb olmalı idi.
“Youtube” və digər sosial şəbəkələrdə yayımlanan bu cür videolar sadəcə onların öz daxili qaydaları əsasında nizamlanır. Yəni, “Youtube” bu video kliplərin yerləşdirilməsinə icazə verirsə, artıq ikinci bir nəzarət mexanizmi tətbiq etmək mümkün olmur.
Ancaq kütləvi qınaq bir çoxlarını bu cür hərəkətlərdən yayındıra bilər, amma Roshkanın qızlara toxunmasını görməmişliklə izləyən seksual aclar onu dəstəklədikcə reper də istədiyini etməyə və insanların tələbi budur deməyə davam edəcək.
Yazı 13 apreldə dərc edildikdən sonra məlum klip YouTube-dan müəllif tərəfindən silinib və ya tamam gizlədilib. Buna baxmayaraq həmin intim görüntülərlə dolu klipi əldə edə bildik.
Damla
Minval.info
ƏLAQƏLİ
VACİBMəhkəmə qərarı var, dəmir hasar isə sökülmür! - Əsabil Qasımova məktub göndərildi
Xüsusi qeyd: Bir daha xatırladırıq ki, videoda yaş məhdudiyyəti tələb edən görüntülər var
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır
Xınalıqda qarın hündürlüyü 15 santimetrə çatıb









