Azərbaycanın sağlamlıq turizmi Qazaxıstanda tanıdıldı
Qazaxıstanın paytaxtı Astanada Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndə heyəti Azərbaycanın turizm potensialını təqdim edib. Görüşdə Qazaxıstanın turizm şirkətlərinin nümayəndələrinə Azərbaycanın turizm, xüsusilə sağlamlıq turizmi sahəsindəki imkanları barədə ətraflı məlumat verilib.
Minval.info xəbər verir ki, tədbirdə AHİK-in sağlamlıq mərkəzləri, müalicə və istirahət üçün yaradılmış şərait, müasir tibbi avadanlıqlar və təbii müalicə üsulları haqqında təqdimatlar keçirilib. İştirakçılar “Kurort” Turizm İnformasiya Mərkəzi, yollayışların elektron təqdimatı və “e-ahik” Elektron Rezervasiya platforması ilə də tanış olublar.
Görüş zamanı Azərbaycanın turizm imkanlarının Qazaxıstanda daha geniş tanıdılması, turizm şirkətləri ilə əlaqələrin inkişaf etdirilməsi və bu sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib. Tədbirdə həmçinin Azərbaycanın turizm potensialını əks etdirən videomateriallar nümayiş etdirilib və iştirakçıların sualları cavablandırılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?