05.09.2026 - 12:10
Ölkə 4 baxış

Azərbaycanda texnologiya universiteti təklifi gündəmdə

Azərbaycanda informasiya texnologiyaları və texnoloji ixtisaslar üzrə ixtisaslaşmış yeni bir ali təhsil müəssisəsinin yaradılması təklif edilir. Bu təklif təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri tərəfindən irəli sürülüb.

Minval.info xəbər verir ki, Elmin Nuri “AzEdu Podkast” verilişində çıxışı zamanı I ixtisas qrupunun R alt qrupunda kompüter və informasiya texnologiyaları istiqamətinə olan marağın sürətlə artdığını vurğulayıb. O, mövcud universitetlərdə bu ixtisasların tədris olunmasına baxmayaraq, yalnız texnologiya sahəsinə fokuslanan böyük bir ali təhsil müəssisəsinin yaradılmasının rəqabəti azalda biləcəyini bildirib.

Elmin Nuri qeyd edib ki, sırf IT istiqamətli ixtisasları özündə cəmləşdirən bir universitetin yaradılması zəruridir. O, Bakı Mühəndislik Universitetinin mövcudluğunu qeyd edərək, burada yalnız IT profilli ixtisasların tədris olunmadığını bildirib. Tibb Universitetinin tibb sahəsində, UNEC-in isə iqtisadiyyat istiqamətində əsas mərkəz olduğunu qeyd edən ekspert, texnologiya sahəsində də belə bir universitetin yaradılmasının vacibliyini vurğulayıb.

Onun fikrincə, bu cür ali məktəbin yaradılması həm yeni plan yerlərinin açılmasına, həm də digər universitetlərin qəbul yükünün azalmasına imkan verə bilər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: