Azərbaycanda 32 xəstəxanada böyük təmir başlanır
Azərbaycanda müxtəlif şəhər və rayonlarda yerləşən 32 tibb müəssisəsində əsaslı təmir işlərinin həyata keçirilməsi planlaşdırılır. Bu məqsədlə İnnovasiya və Təchizat Mərkəzi tərəfindən 2 milyon 618 min manat məbləğində vəsait ayrılıb.
Minval.info xəbər verir ki, təmir işləri əsasən tibb müəssisələrinin rentgen və flüoqrafiya otaqlarını, həkim otaqlarını, idarəetmə və köməkçi sahələrini əhatə edəcək. Bu addımın məqsədi köhnəlmiş və yararsız sahələri yeniləmək, həkimlərin daha rahat işləməsinə və xəstələrin daha uyğun şəraitdə tibbi xidmət almasına imkan yaratmaqdır.
Xüsusilə rentgen və flüoqrafiya otaqlarının təmiri bu sahələrin daha funksional və müasir tələblərə uyğun təşkilinə kömək edəcək. Ümumilikdə, təmir nəticəsində tibb müəssisələrinin sanitar vəziyyətinin, iş şəraitinin və pasiyentlər üçün yaradılan mühitin yaxşılaşdırılması gözlənilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib