Azərbaycan yol polisləri Belarusda birinci oldu
Belarus Respublikasının Mogilyov şəhərində keçirilən yol-patrul xidməti əməkdaşları arasında peşəkar ustalıq və çoxnövçülük üzrə 25-ci yubiley müsabiqəsində Azərbaycan polisləri böyük uğur qazanıblar. Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin baş inspektorları, polis mayoru Emil İbrahimov və polis baş leytenantı Nicat Əliyev, müsabiqədə iştirak edən Belarus və Rusiyadan olan yol-patrul xidməti əməkdaşları arasında birinci yerə layiq görülüblər.
Minval.info xəbər verir ki, yarış iştirakçılarının peşə hazırlığı bir neçə istiqamət üzrə qiymətləndirilib. Bu istiqamətlər arasında yol hərəkətinin tənzimlənməsi və nizamlanması, yol nəqliyyat hadisələri zamanı ilkin tibbi yardım bacarıqları, atəş hazırlığı, silahla davranış və təhlükəsizlik qaydaları, praktiki atıcılıq və fiziki hazırlıq mərhələləri yer alıb. Bütün mərhələlərdə yüksək nəticə göstərən Emil İbrahimov və Nicat Əliyev yarışın qalibi olublar.
Qaliblərin təltifetmə mərasimində Belarus Daxili İşlər Nazirliyinin rəhbər şəxsləri iştirak ediblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdə havanın temperaturu 5-10 dərəcə enəcək - xəbərdarlıq
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır