05.09.2026 - 10:24
Ölkə 3 baxış

Azərbaycan neftinin qiyməti 104 dollara düşdü

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,78 ABŞ dolları və ya 0,7% azalaraq 104,2 ABŞ dolları təşkil edib. Minval.info xəbər verir ki, hərracların nəticələrinə əsasən, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 100,84 ABŞ dolları olub. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti isə 1,14 ABŞ dolları və ya 1,1% azalaraq 101,05 ABŞ dollarına düşüb.

Azərbaycanın cari il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları olaraq hesablanıb. Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb. Bu markadan olan neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi çərçivəsində hasil edilir və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) bu müqavilədə payı 35,3%-dir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: