Azərbaycan basketbolunda ayrılıq: Evren Alkaya getdi
Azərbaycan Basketbol Federasiyası (ABF) qadınlardan ibarət milli komandanın baş məşqçisi Evren Alkaya ilə əməkdaşlığı dayandırıb. Federasiyadan verilən məlumata görə, bu qərar qarşılıqlı razılıq əsasında qəbul edilib. Minval.info xəbər verir ki, Evren Alkaya 2022-ci ildən etibarən Azərbaycan Basketbol Federasiyasında çalışıb və bu müddət ərzində qadınlardan ibarət əsas milli komanda ilə yanaşı, U-16, U-18 və U-20 qızlardan ibarət milli komandalara rəhbərlik edib.
Türkiyəli mütəxəssis baş məşqçi kimi 70-dən çox rəsmi FIBA qarşılaşmasında Azərbaycan yığmalarının başında olub. Onun rəhbərliyi altında U-16 qızlardan ibarət milli komandamız 2023 və 2024-cü illərdə Avropa çempionatının C divizionunda ardıcıl olaraq çempionluq əldə edib. U-18 millimiz isə 2024-cü ildə C divizionunda gümüş medal qazanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib