Demokratlar Trampın planlarını alt-üst edə bilər
ABŞ-da keçirilən aralıq seçkilərdən sonra demokratların Konqresin hər iki palatasına nəzarəti ələ keçirməsi Donald Tramp administrasiyasının xarici siyasətində mühüm dəyişikliklərə səbəb ola bilər. Demokratlar, Trampın fəaliyyətini beş əsas istiqamətdə məhdudlaşdırmağı planlaşdırır.
Publika.az-ın məlumatına görə, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Demokratlar, hərbi əməliyyatlar və müdafiə xərcləri ilə bağlı Tramp administrasiyasının səlahiyyətlərini azaltmağa çalışacaqlar.
Gözlənilən dəyişikliklər arasında İrana qarşı əməliyyatların məhdudlaşdırılması xüsusi yer tutur. Demokratlar müdafiə xərclərini azalda və bəzi təyinatların qarşısını ala bilərlər. Bununla Tramp, hərbi əməliyyatları davam etdirmək üçün Konqresin razılığını almağa məcbur qala bilər.
Bundan əlavə, Ukraynaya dəstəyin artırılması nəzərdə tutulur. Demokratlar, həmçinin İsrailə hərbi yardımı məhdudlaşdıra və ya tamamilə dayandıra bilərlər.
Onlar büdcə imkanlarından istifadə edərək hərbi xərcləri azaltmaq və Tramp administrasiyasının blokladığı xarici yardımları bərpa etmək niyyətindədirlər. Eyni zamanda, Latın Amerikasında ABŞ siyasətinə nəzarətin gücləndirilməsi planlanır. Bu çərçivədə, Vaşinqtonun Venesueladakı addımları və Kubaya qarşı sanksiyalar da diqqət mərkəzində olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paşinyan Türkiyəyə gedir – İrəvandan diqqətçəkən açıqlama
ABŞ Konqresində demokratların zəfəri Trampın siyasətinə mane ola bilər
Mirzoyan: Türkiyə ilə birbaşa ticarət başlayıb, tezliklə Azərbaycanla da
Rusiya KTMT-də Ermənistana qarşı qərar layihəsi təqdim edib
İsraildə seçki nəticələri təsdiqləndi: Netanyahu üçün pis xəbər
ABŞ-da tarixi valilik seçkiləri: ilk qadın və etnik azlıq valilər
ABŞ-da araseçkilərdə Demokratların üstünlüyü nə vəd edir