AZAL Braziliya təyyarələri ilə donanmasını genişləndirir
Azərbaycan Hava Yolları (AZAL) təyyarə parkını genişləndirmək məqsədilə Braziliya istehsalı olan yeni təyyarələrin alınması imkanlarını dəyərləndirir. Bu məsələ AZAL-ın baş direktoru Samir Rzayev və Braziliyanın Azərbaycandakı səfiri Bernard Jorg Leopold de Garcia Klingl arasında keçirilən görüşdə müzakirə olunub.
Minval.info xəbər verir ki, görüş zamanı AZAL-ın təyyarə parkının yenilənməsi, marşrut şəbəkəsinin genişləndirilməsi və Azərbaycanla Braziliya arasında aviasiya sahəsində əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, Braziliya aviasiya sənayesinin əsas istehsalçılarından olan “Embraer” şirkətinin təyyarələri də müzakirə mövzusu olub.
Qeyd edək ki, hazırda AZAL-ın təyyarə parkında Braziliyanın “Embraer” şirkətinin istehsalı olan 7 təyyarə fəaliyyət göstərir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?