Azad olunan ərazilərdə 10 mina partladıldı - VİDEO
İşağldan azad edilən yaşayış məntəqələrinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi davam edir.
“Report”un Qarabağ bürosu xəbər verir ki, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşlarının apardığı təmizlənmə işləri zamanı, Ağdamın işğaldan azad edilən Baş Qərvənd kəndinə gedən avtomobil yolunda 10 ədəd partlamamış tank əleyhinə mina aşkarlanıb.
Kommunikasiya xətləri, yollar və əkin sahələrində aparılıan təmizləmə işləri sürətlə aparılır. Axtarış tədbirləri zamanı hər gün partlayıcı sursatlar aşkarlanır.
Qeyd edək ki, işğaldan azad edilən ərazilərdə təmizləmə əməliyyatları sürətlə davam etdirilir.
https://youtu.be/jqkPaPIovYc
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyanın müharibədəki itkiləri açıqlandı
Ermənistan tərəfi dövlət sərhədində artilleriya qurğularından istifadə edir
Xocavənddə şəhid olan Elmir 2 gün əvvəl təltif edilmişdi
Gizir olmaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO
Azərbaycan müdafiə xərclərini artırır