Azad edilmiş ərazilərdə 1700 hektar təhlükəsizlik: Mina təmizləmə əməliyyatlarının uğurları
Son bir həftə ərzində azad edilmiş ərazilərdə 1700 hektar sahə minalardan təmizlənib. Bu müddət ərzində 25 tank əleyhinə mina, 107 piyada əleyhinə mina və 614 müxtəlif partlayıcı hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Minval.info xəbər verir ki, bu məlumat Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirdiyi humanitar minatəmizləmə əməliyyatlarının həftəlik hesabatında yer alıb.
Minatəmizləmə əməliyyatları ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər yerli təşkilatlar tərəfindən Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, həmçinin Qazax rayonunun işğaldan azad edilmiş kəndlərində həyata keçirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib