Azad edilmiş ərazilər minalardan təmizlənir
Azad olunan ərazilərdə avqustun 17-dən 23-dək həyata keçirilən minatəmizləmə əməliyyatları nəticəsində 1829,3 hektar ərazi minalardan təmizlənib. Bu müddət ərzində 41 tank əleyhinə mina, 98 piyada əleyhinə mina və 522 digər partlayıcı hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Minval.info xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) həftəlik hesabatında məlumat verilib. Əməliyyatlar ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər yerli təşkilatlar tərəfindən Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Qazax rayonunun işğaldan azad edilmiş kəndlərində həyata keçirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib