Azad edilmiş 2048 hektar ərazi minalardan təmizləndi
Ötən həftə ərzində azad edilmiş ərazilərdə geniş miqyaslı minatəmizləmə əməliyyatları həyata keçirilib. Bu müddət ərzində 2048,7 hektar ərazi minalardan təmizlənib.
Minval.info xəbər verir ki, avqustun 24-dən 30-dək olan dövrdə 29 tank əleyhinə, 161 piyada əleyhinə mina və 689 partlamamış hərbi sursat (PHS) aşkarlanaraq zərərsizləşdirilib. Bu əməliyyatlar Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA), Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN), beş yerli təşkilat və bir qeyri-hökumət təşkilatı tərəfindən Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, həmçinin Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərində həyata keçirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Buraxılış imtahanı qaçıranlara sentyabrda yeni şans!
ATU idman kompleksi üçün 486 minlik təmir planı
Yasamalda qurumuş ağac təhlükə saçır: Tədbir alın!
Tanınmış dermatoloq Nofəl İbrahimov vəfat etdi
Bakıda sahibsiz itin hücumu narahatlıq doğurdu
Bakıda sürücünün təhlükəli manevrləri ifşa edildi
Əmlak amnistiyası: Sənədsiz evlərə çıxış yolu?