"Azərsu" yanında İctimai Şuranın növbəti iclası keçirilib

Bu gün “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənovun iştirakı ilə qurum yanında İctimai Şuranın növbəti iclası keçirilib.
“MİNVAL.İNFO” bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, sədr müavini Şura üzvlərinə vəsiqələri təqdim edib, bildirib ki, Cəmiyyətin bütün strukturları onlarla əməkdaşlığa hazırdır, qaldırılmış məsələlərin həllinə operativ dəstək göstərəcək: “İçməli və tullantı su təsərrüfatı çox geniş, əhatəli sahədir. Suyun emalı, nəqli, anbarlanması, şəbəkəyə ötürülməsi, abunəçilərə çatdırılması, tullantı suların toplanması, nəqli, təmizlənməsi və kənarlaşdırılması mürəkkəb texnoloji proseslərdir. Cəmiyyət 1,650 milyondan çox abunəçiyə xidmət göstərir, əsas hədəfimiz müştəri məmnunluğunun təmin olunmasıdır. Artıq sizdən bizə müraciətlər daxil olur, hər biri araşdırılır və lazımi tədbirlər görülür. Gələcəkdə sizinlə birlikdə görəcəyimiz işlər çox olacaq, müştəri məmnunluğunun təmin olunması üçün birlikdə çalışacağıq. Sizin normal fəaliyyətiniz üçün inzibati binada otaq ayrılıb və digər texniki tədbirlər də görülür. Eyni zamanda emal müəssisələrinə, su mənbələrinə, tullantı sutəmizləyici qurğulara, mərkəzi laboratoriyaya və digər obyektlərimizə səfərləriniz təşkil olunacaq”.
Daha sonra Şura üzvləri “Azərsu”yun fəaliyyətinə dair təqdimatla tanış olublar.
Şuranın sədri Rauf Zeyni bildirib ki, vətəndaşlardan, QHT təmsilçilərindən şura üzvlərinə daxil olan müraciətlər araşdırılması üçün dərhal “Azərsu”ya yönləndirilir: “Yaxın zamanda Şuranın fəaliyyət planı təsdiqlənəcək, eyni zamanda reqlament, etik davranış qaydaları hazırlanacaq. Cəmiyyətin fəaliyyəti ilə bağlı qaldırılmış məsələlərin İctimai Şuranın səlahiyyətləri daxilində həllinə çalışılacaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Saxara" salonunda SMM işçisi xadimə kimi çalışdırılır!
Neft qiymətləri həftəni ucuzlaşma ilə tamamladı
Turan Tovuz və Zirə qarşılaşması: Həyəcan zirvədə!
Vergi bəyannamələrini vaxtında təqdim etməyənlərə cərimə!
İsveçrədə 23 yaşlı gənc ayda 8 min qazanır
Manatın üzən məzənnəyə keçidi: Nələr gözlənilir?
Neft bazarında qiymətlər enişdə davam edir