“Azərpoçt”da böyük kadr dəyişikliyi - Kimlər təyin olundu?
AZCON Holdinq şirkətlərindən olan “Azərpoçt” MMC-nin İdarə heyətinin yeni tərkibi formalaşdırılıb.
Fərid Sadıqzadə “Azərpoçt”un idarə heyətinin sədrinin müavini təyin edilib.
F.Sadıqzadə 2023-2024-cü illərdə “Azercell” MMC-də, 2024-2026-cı illərdə “Neqsol Holdinq”də, 2025-2026-cı illərdə “Azerconnect Group”da müxtəlif vəzifələrdə çalışıb.
Paralel olaraq Lalə Quliyeva da “Azərpoçt”un İdarə heyətinin sədrinin müavini təyin edilib. O, bundan öncə “AFB Bank” ASC-də İdarə heyətinin sədrinin müavini olub.
“Azərpoçt”un idarə heyətinə daha bir üzv olaraq Şaiq Qəribzadə gətirilib. Ş.Qəribzadə eyni zamanda “Fedex” şirkətinin Azərbaycan üzrə regional direktoru, Futbolun İnkişafı Fondunun Qəyyumlar Şurasının üzvü, Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyasınnın idarə heyətinin sədri, “Azeri Express” MMC-nin baş idarəedici tərəfdaşıdır.
Ş.Qəribzadə ilə paralel Mikayıl Xəlilov da qurumun idarə heyətinin üzvü təyin edilib. M.Xəlilov Bundan öncə “Azərpoçt”da Rəqəmsal İnkişaf departamentinin rəhbəri olub.
Qeyd edək ki, “Azərpoçt”un idarə heyətində 2024-cü ilin iyul ayından vəzifə tutan Elgün Rəsulov isə, hazırda müşavir kimi fəaliyyət göstərir.
İdarə heyətinin üzvlərindən əlavə qurumun sədrinə yeni müşavir də təyin olunub. Belə ki, sözügedən vəzifə Musa Xudiyevə həvalə edilib. Qeyd edək ki, M.Xudiyev bundan öncə “AFB bank”da satış ofisinin direktoru olub.
Məlumat üçün deyək ki, bu ilin aprel ayında “Azərpoçt”un rəhbəri dəyişib. Qurumun idarə heyətinin sədri İsi Mustafayev vəzifəsindən ayrılıb və onun yerinə Manaf Babayev sədr təyin edilib. İ.Mustafayevdən sonra qurumun İdarə heyətinin sədrinin müavini Xəyyam Əlizadə və İdarə heyətinin üzvü, Baş maliyyə direktoru Çingiz Qurbanov da işdən çıxıb
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Orta əməkhaqqı Bakıda yaşam üçün yetərli deyil
Mərkəzi Bankda 32 yaşlı xanıma yüksək vəzifə
Fuad Əliyev yeni vəzifəyə təyin edildi
Bakı metrosunda qatar tuneldə 40 dəqiqə qaldı
Bakının əsas yollarında ciddi tıxac müşahidə olunur
Bakı metrosunda hərəkət dayandı: Sərnişinlər narahatdır
Elit polo club "Sea Breeze 2026"da çempion oldu