"Azərlotereya"nın dəstəyi ilə şəhid övladları üçün Avstriyada "Əmanətə Sədaqət" yay düşərgəsi keçirilib
“Azərlotereya” ASC-nin dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Avstriya Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı, “Azərbaycan Hava Yolları” (AZAL) QSC və Azərbaycan Diasporuna Dəstək Fondunun tərəfdaşlığı ilə tələbə şəhid övladları üçün Avstriyanın Zalsburq və Vyana şəhərlərində “Əmanətə Sədaqət” yay düşərgəsi keçirilib.
Düşərgədə yerli və xarici universitetlərdə təhsil alan, yüksək akademik göstəricilərə malik 22 şəhid övladı iştirak edib. 28 iyul – 2 avqust tarixlərini əhatə edən düşərgə çərçivəsində tələbələr karyera planlaması, şəxsi inkişaf, liderlik və motivasiya mövzularında peşəkar təlimlərdə iştirak ediblər. Eyni zamanda, Avstriyanın zəngin mədəniyyəti və tarixi ilə yaxından tanış olublar, muzeylərə, tarixi abidələrə və müxtəlif bölgələrə səfərlər ediblər.
Qeyd edək ki, “Zəfər” Şəhid Ailələrinə Dəstək İB və “Azərlotereya” ASC-nin birgə həyata keçirdiyi “Əmanətə Sədaqət” layihəsi çərçivəsində ali təhsil müəssisələrində təhsil alan şəhid övladları üçün hər il ənənəvi yay düşərgəsi təşkil olunur. Düşərgənin məqsədi vətən uğrunda canından keçmiş şəhidlərin övladlarının intellektual və emosional inkişafına dəstək olmaq, onların yay tətilini daha da maraqlı və səmərəli keçirməsinə şərait yaratmaqdır.
“Azərlotereya” ASC və “Zəfər” Şəhid Ailələrinə Dəstək İB-nin əməkdaşlığı nəticəsində artıq 4 ildir ki, həyata keçirilən layihə ümumilikdə 150-yə yaxın tələbəni əhatə edir. Layihə çərçivəsində Türkiyənin dövlət ali təhsil müəssisələrində təhsil alan şəhid övladlarının təhsil haqqı və yaşayış xərcləri, həmçinin Azərbaycanda ali təhsil alan şəhid övladlarının yaşayış xərcləri qarşılanır.







Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır