27.01.2022 - 12:37
İqtisadiyyat 23 baxış

“Azəriqaz” rəhbərliyi onlayn vətəndaş qəbulu keçirəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxslərinin növbəti onlayn vətəndaş qəbulu yanvar ayının 28-də saat 12:00-da keçiriləcək.

Minval.info-nun “Azəriqaz”a istinadən verdiyi məlumata görə, Birliyin Baş direktoru Ruslan Əliyev Gəncə şəhəri, Baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Goranboy rayonu, Baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov Göygöl rayon sakinləri ilə videoformatda keçiriləcək görüş zamanı vətəndaşların müraciətlərini dinləyəcəklər.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Gəncə Regional qaz istismarı İdarəsinə müraciət edə bilərlər.

Neftin qiyməti 107 dolları keçdi! ƏLAQƏLİ
Bunu da oxu

Neftin qiyməti 107 dolları keçdi!

14.09.2026 - 09:32
Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: