“Azərenerji” və “Azərişıq” birgə məlumat yaydı
“Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110 kVt-luq birinci Xırdalan hava elektrik verilişi xəttində yenidənqurma işləri aparılır. Bu səbəbdən də “Saray 3” və “Saray 5” xətlərinin qidalandırdığı Sumqayıtın Saray qəsəbəsinin bəzi ərazilərində qısamüddətli fasilələr yaranır.
Bu barədə “Azərenerji” və “Azərişıq” ASC-lərdən Minval.İnfo-ya verilən birgə məlumatda qeyd edilib.
Məlumata görə, işlər yaxın vaxtlarda yekunlaşdırılacaq: “Modernizasiya işlərinin başlıca məqsədi keyfiyyətli ötürmə infrastrukturunun yaradılması ilə istehlakçıları fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etməkdir”.
Hər iki qurum yaranmış narahatçılığa görə istehlakçılarından üzr istəyir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib