Azərbaycanlılar Saakaşvilini aclığı dayandırmağa belə çağırdılar - Foto

Gürcüstanın Muğanlı kəndinin sakinləri ölkənin keçmiş Prezidenti Mixail Saakaşviliyə dəstək aksiyası keçiriblər.
“MİNVAL.İNFO“ Gazeta.ru”ya istinadən xəbər verir ki, azərbaycanlıların yaşadığı kəndin sakinləri aksiya çərçivəsində Saakaşvilinin adına qoyun kəsiblər. Onlar bununla siyasətçini aclıq aksiyasına son qoymağa çağırıblar.
Bildirilir ki, sakinlər ət, meyvə və digər ərzaq məhsullarını Saakaşvilinin hazırda saxlanıldığı Rustavi həbsxanasının önünə gətirərək onun azad olunması üçün aksiya keçirən iştirakçılara paylayıblar.
Qeyd edək ki, Gürcüstanın Saqareco rayonunda yerləşən Muğanlı kəndində təqribən 2,5 min sakin yaşayır. Sakinlərin əksər hissəsini etnik azərbaycanlılar təşkil edir.
Xatırladaq ki, oktyabrın 1-də səkkiz ildən sonra Gürcüstana qayıdan Mixail Saakaşvili elə həmin gün saxlanılıb. O, saxlanıldığı gün aclıq aksiyasına başlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!