Azərbaycanlı zəvvarların İranda yanan avtobusu ilə bağlı
İyunun 29-da Azərbaycandan İranın Məşhəd və Qum şəhərlərinə ziyarətə gedən 41 nəfər sərnişinin-zəvvarın olduğu İran daşıyıcısına məxsus 11E771-10 dövlət qeydiyyat nişanlı avtobusda Ərdəbil vilayətində texniki nasazlıq səbəbindən yanğın baş verib.
Minval.info xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib.
“Aldığımız ilkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin zəvvarları daşıyan avtobus nəzarətdə olmayan, aidiyyəti dövlət qurumlarında reysqabağı texniki müayinədən keçməyən, beynəlxalq marşrut üzrə sərnişindaşımada iştirakı razılaşdırılmayan, birdəfəlik səfər üçün Azərbaycandan İrana qanunsuz sərnişin daşıyan daşıyıcıya məxsusdur. Ötən həftə verdiyimiz məlumata əsasən bildirək ki, məhz Məşəd istiqamətində zəvvarlarımızı daşıyan bu cür qanunsuz xarici daşıyıcıların olduğunu nəzərə alaraq hazırda Azərbaycan və İran tərəfinin aidiyyəti qurumları tərəfindən Bakı-Məşhəd müntəzəm beynəlxalq avtobus marşrutlarının açılması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Bu müddət ərzində sərnişinlərimizdən ricamız, bu şəkildə həyatlarını təhlükəyə atmaq əvəzinə, İran istiqamətində mövcud alternativ şəhərlərə olan qanuni daşımalarımızdan istifadə etsinlər”, – deyə N.Allahyarova
qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO