Azərbaycanlı səyyah Kamçatka fəlakətində köməksiz qaldı
Azərbaycanlı səyyah Tatyana Dolivets və bir qrup turist Rusiyanın Kamçatka bölgəsində təbii fəlakət nəticəsində çıxılmaz vəziyyətdə qalıblar. Səyyahın bildirdiyinə görə, Kamçatkada, Tapçibaşikidə yerləşən Kleşnya dayanacağında yolun dağılması və ərazinin su altında qalması səbəbindən geri qayıda bilmirlər.
Minval.info xəbər verir ki, Tatyana Dolivets ərzaqlarının yalnız bir günə çatacağını və təcili köməyə ehtiyac duyduqlarını bildirib. “Yol dağılıb, 30 kilometrlik geri qayıtma yolu su ilə yuyulub. Çay məcrasından çıxıb və geri qayıtmaq artıq mümkün deyil. Qrupumuz 16 nəfərdən ibarətdir və “Ural” markalı avtomobildəyik. Burada təxminən 100 nəfər də böyük torpaqla əlaqəsi kəsilmiş vəziyyətdədir,” – deyə o əlavə edib.
Səyyah aidiyyəti qurumların məsələyə tez bir zamanda müdaxilə etməsini istəyir. “Xahiş edirəm, aidiyyəti xidmətlərin məsələyə qoşulmasına kömək edin ki, Rusiya FHN-in (MÇS) qüvvələri mümkün qədər tez müdaxilə etsin. Burada Çin, Belarus, İsrail və Rusiya vətəndaşları da var,” – deyə Tatyana Dolivets vurğulayıb.
O, Azərbaycanda hansı qurumlara müraciət etməli olduğunu və kömək ümidi olub-olmadığını bilmədiyini qeyd edib. İnternetin olmadığı şəraitdə əlaqənin olduğu yeganə yerə gedərək bu mesajı göndərdiyini bildirən səyyah, səfirliyin, Turizm Nazirliyinin, FHN-in və ya digər aidiyyəti qurumların məsələyə qoşulmasını təmin etməyi xahiş edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib