"Azərbaycanlı qadınların şərəfini qoruyub hansısa cəza alacamsa..." - Aktyordan cavab
Tanınmış aktyor Rza Rzayev 220 saylı məktəb-liseyin direktorunu təhqir edərək hədələməsinə münasibət bildirib.
Minval.İnfo xəbər verir ki, o, qafqazinfo-ya açıqlamasında qeyd edib ki, videonu mühafizə orqanları yox, elə məktəbin direktoru yayıb:
“Videonun alt yazısındakı sözlərin çoxu yanlışdır, mən elə sözlər deməmişəm. Yazıya ehtiyac yox idi, mənim səsimi verərdilər. Orada yazılıb ki, bacımdan adının mənasını soruşub, ona görə əsəbiləşmişəm. Xeyr, elə deyil. Neçə ildir ki, orada işləyən müəllimələri mən tanıyıram. Hər biri namuslu, şərəfli Azərbaycan qadınıdır, bizim anamız, bacımızdır. Onun orada müəllimələri tək-tək çağırıb adının mənasını soruşması əxlaqlı bir şey deyil və artıq bunun altında başqa şeylər var.
Müəllimələrin adının mənası ilə maraqlanırsa, iclasda, müəllimlər otağında soruşsun. Daha tək-tək otağına niyə çağırır? Filoloqdur, anasından, bacısından adının mənasını soruşsun. Bizim də əlimizdə faktlarımız var və istintaq orqanlarına təqdim edəcəyik. Burada heç bir çəkinəcək yerim yoxdur. Hər bir azərbaycanlı qadını anamdır, bacımdır və onun şərəfini qorumağı özümə borc bilirəm. Hazırda hüquqi zəmində iş gedir. Onlar müraciət edib, hüquqi qaydalarla məsələ həll olunacaq. Azərbaycanlı qadınların şərəfini qoruyub hansısa cəza alacamsa, qoy olsun. Lazım gəlsə, bir neçə il “içəridə”də yatacağıq, ancaq onun kimilərin cavabını verəcəyik.
Öyrəşiblər pul yığmağa, mənim bacım etiraz etdiyi üçün vəzifəsindən uzaqlaşdırılıb”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Belə getsə, sərt karantin labüd olacaq
Rüşvətə görə tutulan məmur azadlığa buraxıldı
Ramin Hacılının həbs müddəti uzadılıb, əlavə ittiham irəli sürülüb
Merkel: Bakıdakı danışıqlar deputatdan daha önəmlidir
“Kimin malını dağıtmışam?!” - 185 milyonluq yeyintidən danışdı
"ultrAslan" Xocalını unutmadı - FOTO