Azərbaycanlı müğənni: "Atam on dörd güllə ilə şəhid olub"
Xocalıdakı vəhşiliklərə dünya ictimaiyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.
Minval.İnfo xəbər verir ki, bu sözləri “Facebook” hesabında Xocalı ilə bağlı paylaşım edən müğənni Mehin Hümbətova yazıb:
“Mənim atam 1992-ci ildə Ağdərədə şəhid olub. Nə qədər qəribə səslənsə də, hər dəfə Xocalıya aid kadrlara baxanda Allahıma min şükr edirəm ki, nə yaxşı o, əzabsız, mərdi-mərdanə vuruşaraq 14 güllə yarası ilə şəhid olub. Nifrət hissimi anlada biləcək nitqə sahib deyiləm…
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Kadrların təsirindən boğazım düyünlənib…
Allahım, necə səssiz qalırsan bu zülmə?! O görüntülər əsrlərlə bizə lazım olacaq! Qarabağı geri alsaq belə, bu görüntüləri gələcək nəsilə ötürməliyik. Nəvə-nəticələrimiz də bilsinlər ki, tarix boyu soyumuza hansı əzabları yaşadıblar!”
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda