Azərbaycanlı jurnalist İraqa buraxılmadı və geri göndərilir
Tanınmış azərbaycanlı jurnalist Səbuhi Məmmədli İraqda, Bağdad aeroportunda saxlanılıb. Onu ölkəyə buraxmaq istəməyən məmurlar jurnalisti 35 saat boyunca aerportda miqrantlar üçün nəzərdə tutulmuş xüsusi təcridxanaya yerləşdiriblər.
Musavat.com-un əməkdaşına bu barədə məlumat verən Səbuhi Məmmədli bildirib ki, məmurlar onun ölkəyə zəvvar kimi daxil olduğunu əsas götürüb, ancaq jurnalist olduğunu öyrəniblər, ona görə də ölkəyə daxil olmasına əngəl yaradıblar.
Aeroportun sərhəd-gömrük xidmətində çək-çevirə salınan Səbuhi Məmmədlinin sözlərinə görə, ondan başqa Banqladeş, Almaniya, Madaqaskar vətəndaşları da saxlanılıblar. Məmurlardan biri ona Azərbaycanın müsəlman ölkəsi olub-olmadığı haqda sual verib, müsbət cavab alsa da, jurnalisti ölkəyə buraxmağa razılaşmayıb.
İki sutkaya yaxın aeroportdakı təcridxanada ləngidildikdən sonra jurnalistə bu gün saat 17 radələrində Azərbaycana yola salınacağı elan edilib.
Qeyd edək ki, Səbuhi Məmmədli İraqın hazırkı vəziyyəti barədə reportajı fəaliyyətini yenicə bərpa edilmiş Lent.az saytı üçün hazırlayır.
Jurnalist vəd edib ki, vətənə qayıtdıqdan sonra başına gələn macəralı hadisələr barədə geniş report yazacaq. Musavat.com həmin yazını oxucularına çatdıracaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mətbuat Şurası Türkiyə mediasını məlumatları yoxlamağa çağırıb
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı
Azərbaycan və Küveyt arasında media əməkdaşlığı genişləndirilir