Azərbaycanlı gəncin oksforda gedən yolu: Necə yüksək zirvələr fəth edildi?
Azərbaycanlı gənc İnci Ağasiyeva, İngiltərənin prestijli Oksford Universitetində hüquq təhsili almaq üçün qəbul olunub. Onun yüksək akademik göstəriciləri bu uğuru təmin edib.
Minval.info xəbər verir ki, İnci ilk təhsilini Saint John’s School-da alıb və burada yüksək akademik nailiyyətləri ilə fərqlənib. Daha sonra, Saint Anne’s Catholic School-da 7-11-ci siniflərdə təhsil alaraq bütün fənlərdən A və A* qiymətləri ilə məzun olub.
Məktəbi bitirdikdən sonra, İnci Barton Peveril College-da təhsilini davam etdirmək qərarına gəlib. Burada təhsil aldığı müddətdə Oksford və Kembric universitetlərinin hüquq proqramları üzrə müxtəlif hazırlıq tədbirlərində iştirak edib.
Təhsilinin ikinci ilində keçirilən sınaq imtahanlarında da yüksək nəticələr əldə edən İnci, sentyabr ayında keçirilən xüsusi hüquq imtahanında da uğur qazanıb. Onun bu nailiyyətləri, İngiltərənin beş nüfuzlu universitetindən hüquq üzrə qəbul təklifi almasına səbəb olub.
İnci, əsas seçimlərini Oksford və Varvik universitetləri üzərində cəmləşdirib. Dövlət qəbul imtahanlarında yüksək nəticələr göstərərək, Oksford Universitetinin qəbul tələblərinə uyğun akademik göstəricilər əldə edib və nəticədə Oksford Universitetində hüquq ixtisasına qəbul olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib