Azərbaycanlı gənc 50 dollara aldığı çantanı öz ixtirası kimi təqdim etdi – VİDEO
Azərbaycanlı tələbə “AliExpress” onlayn alış-veriş saytından aldığı çantanı öz ixtirası kimi təqdim edib.
Minval.İnfo xəbər verir ki, “Xəzər Xəbər”ə müsahibə verən Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin startap məktəbində çalışan Nihad Quliyev İKT sahəsində daha bir yeniliyə imza atdığını, çox funksiyalı enerji yığıcı və ötürücü xüsusiyyətinə sahib bel çantası ixtira etdiyini deyib.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
O, ilk dəfə belə bir çantaya ehtiyacı olduğunu əsgərlikdə olan zaman hiss etdiyini, daha sonra komandası ilə birlikdə çalışaraq belə bir unikal əşyanı ərsəyə gətirdiyini bildirib. Onun bu sözləri də efirə gedib. Bundan sonra isə hər şeyin üstü açılıb.
Belə ki, sosial şəbəkələrdə paylaşılan videoya baxanlar gəncin yalanını üzə çıxarıblar. Məlum olub ki, gənc oğlanın ixtirası olduğunu iddia etdiyi çanta “AliExpress” onlayn alış-veriş saytında satışda var. Qiyməti də 50 dollardır.
Yəni N. Quliyev alış-veriş saytından aldığı çantanı ixtirası kimi təqdim edərək yalan danışıb. Üstəlik bu yalanına görə, universitet tərəfindən maliyyə dəstəyi də alıb.
Müzakirələrə səbəb olan videonu təqdim edirik:
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda

