Azərbaycanlı deputatlar AŞPA Azad Demokratlar Qrupunun vitse-prezidentləri seçiliblər
AŞPA-nın qış sessiyasında Azad Demokratlar Qrupunun iclasında Azərbaycan nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Ülviyyə Ağayeva ADQ-nin yenidən vitse-prezidentləri seçiliblər, Azərbaycan nümayəndə heyətinin üzvü Naqif Həmzəyev isə qrupun xəzinədarı seçilib.
Trend-in məlumatına görə, Azad Demokratlar Qrupu vitse-prezidenti postuna ümumilikdə 4 nəfər seçilib.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Ülviyyə Ağayevanın Azad Demokratlar Qrupunun vitse-prezidenti postuna namizədliyi yenidən qrup tərəfindən yekdilliklə dəstəklənib.
Millət vəkilləri bu etimad üçün qrup üzvlərinə təşəkkürlərini bildiriblər və qrupu Assambleyada daha da fəal təmsil etməyə çalışacaqlarını bildiriblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevlə Paşinyanın danışığı nəyi dəyişəcək? – Sabiq nazirin şərhi
“İlham Əliyev gün ərzində mətbuatı şəxsən izləyir” - Vladimir Solovyov
“Azərbaycan hökuməti məni və ailəmi terror təhdidlərindən qorudu”