26.08.2019 - 11:11
Mədəniyyət 3 baxış

Azərbaycanlı aktrisa Türkiyə serialında baş rola çəkildi - Öz dilimizdə danışır

Azərbaycanlı aktrisa Yağmur Şahbazova Türkiyənin məşhur serialında baş rolda çəkilib.

Oxu.Az-ın məlumatına görə, aktrisa “Yemin” serialında baş rollardan birini canlandırır.

Y.Şahbazova serialda azərbaycanlı qadın rolunu ifa edir. Bu səbəbdən o, serialda Azərbaycan dilində danışacaq.

Gündəlik serial olan “Yemin” sentyabrdan “Kanal D”də yayımlanacaq.

Qeyd edək ki, Yağmur Şahbazova sonuncu dəfə “Vicdan Haqqı” serialında “Nərmin” rolunda oynayıb.

https://www.youtube.com/watch?v=bXj3Xy01vQI

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: