Azərbaycanla Türkiyə arasında turizm sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycanla Türkiyə arasında turizmin inkişafı, turistik səfər saylarının artırılması, qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması məsələləri bu gün Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyevlə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı arasında müzakirə olunub.
“Minval.info” “Report”a istinadən xəbər verir ki,bu barədə DTA-dan məlumat verilib
Məlumata görə, görüşdə koronavirus (COVID-19) pandemiyasından öncə Azərbaycana səfər edən əcnəbilər arasında Türkiyə vətəndaşlarının ilk sıralarda yer aldığını deyən F.Nağıyev bu il iyunun 10-dan Türkiyə vətəndaşları üçün hava sərhəddinin açıq elan ediməsinin yenidən səfər sayının artımına müsbət təsir etdiyini bildirib. Agentlik sədri bu ilin yanvar – iyul aylarında Azərbaycana 92.550 türkiyə vətəndaşının səfər etdiyini qeyd edib.
F.Nağıyev Türkiyə səfirinə hazırda pandemiya şəraitinə uyğun olaraq iki ölkə arasında həyata keçirilən uçuşlar haqda məlumat verib, bu il Agentliyin, eləcə də turizm sənayesi nümayəndələrinin, turizm təşkilatlarının Türkiyədə keçirilən bir sıra tədbirlərdə iştirak etdiyini, əlaqələrin genişləndirilməsi üçün b2b görüşlər keçirdiyini diqqətə çatdırıb.
Agentlik sədri ölkə turizminin üzləşdiyi çətinliklərə baxmayaraq yenidən bərpa prossesinə başladığını, hələlik əsasən daxili turizimin inkişafında müsbət artımın olduğunu bildirib. Görüş zamanı F.Nağıyev türkiyəli turistləri Azərbaycanı yenidən kəşf etməyə, ölkənin regionlarına səfər etməyə çağırıb.
Uzun illər Azərbaycanlı turistlərin istirahət üçün üz tutduğu ölkələr sırasında Türkiyənin ilk yerlərdə olmasından məmnunluq hiss etdiyini deyən səfir C.Bağçı təkcə siyasi arenada deyil, turizm sahəsində də əməkdaşlıq əlaqələrininin daha da genişləndirilmsinə ehtiyac olduğunu bildirib. Səfir qarşılıqlı səfərlərin artacağna, qardaşlıq və dostluq əlaqələrinin daha da inkişaf edəcəyinə inandığını deyib.
Görüş zamanı pandemiyadan sonrakı dövrdə turizmin bərpası istiqamətində planlaşdırılan işlər haqqında da qarşılıqlı fikir mübadiləsi aparılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda mənzil təmiri neçəyə başa gəlir? - QİYMƏTLƏR
Bilik Günü: Rusiyada yeni dərs ili başladı
Rusiya XİN Azərbaycanın tənqidinə reaksiya verib
Bakı sakini öz bağında heyvanlar üçün sığınacaq düzəldib - VİDEO
İranda deputatlar keçmiş Prezident Həsən Ruhanini məhkəməyə veriblər
General Elxan Həsənov vəzifəsindən azad edildi