Azərbaycanla Çin arasında kəskin mənfi ticarət saldosu yaranıb - RƏSMİ
Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin həcmi kəskin azalıb.
“Kommersant.az” Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilərə istinadən xəbər verir ki, bu dövrdə iki ölkə arasında ticarət dövriyyəsi 316,922 mln. ABŞ dolları həcmində olub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3,7% azdır.
Bu dövrdə ixracın həcmində isə artım baş verib. Belə ki, bu gəlirlər 113,128 mln. dollar olub ki, bu da illik müqayisədə 70,6% çoxdur.
İdxalda isə ötən dövrlə müqayisədə 22,4% və 203,794 mln. dollar azalma baş verib.
Bunun da nəticəsində, ilk iki ay ərzində analoji dövrlə müqayisədə 2,2 dəfə az, yəni 90,665 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mərkəzi Bank növbəti hərrac keçirib - Manat sabitdir
Bayramqabağı qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Bu günün rəsmi valyuta məzənnələri
Azərbaycan nefti 2 dollar ucuzlaşıb
Neft yenidən ucuzlaşıb
TDƏŞ nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirilib
İlham Əliyev yol tikintisinə 11 milyon manat ayırdı