Azərbaycanın təsdiq olunmuş neft və qaz ehtiyatlarının həcmi açıqlanıb
2020-ci ilin sonuna Azərbaycanın təsdiq olunmuş neft ehtiyatlarının həcmi 7 milyard barel və ya 1 milyard ton təşkil edib.
Bu barədə “Minval.info” BP şirkətinin hər il dərc etdiyi dünya energetikası üzrə statistik icmalına istinadən xəbər verir.
Məlumata görə, Azərbaycanın təsdiq edilmiş neft ehtiyatlarının həcmi 2019-cu ilin sonuna olan göstərici ilə eynidir.
Hesabata əsasən, 2000-ci ilin sonuna ölkənin neft ehtiyatlarının göstəricisi 1,2 milyard barel təşkil edib.
2020-ci ilin sonuna Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatlarının həcmi 2,5 trilyon kubmetr təşkil edib.
BP-nin dünya energetikası üzrə statistik icmalına əsasən, bu da daha əvvəlki ilin göstəricisinə bərabərdir. 2000-ci ilin sonunda bu göstərici 1 trilyon kubmetr təşkil edib
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Baş prokuror: “Deputat bu hərəkəti ilə dövlətin nüfuzuna zərbə vurub”
Sumqayıtda 78 sürücü barəsində protokol tərtib edilib
Bakıya yağış, rayonlara leysan yağacaq
İlham Əliyev Xalq artistinə ev verdi
Qadınları başdan çıxaran, qadağa qoyulan ətir...
“İçərişəhər”də 12 milyonluq otel satışa çıxarıldı