10.08.2026 - 12:31
Ölkə 13 baxış

Azərbaycanın su ehtiyatlarına rəqəmsal dəstək: Aysu ilə tanış olun!

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, rəqəmsal transformasiya və müasir texnologiyaların tətbiqi sahəsində yeni bir addım ataraq, süni intellekt əsaslı rəqəmsal sima Aysunu təqdim edib.

Minval.info xəbər verir ki, Aysu, agentliyin həyata keçirdiyi layihələr və təqdim etdiyi xidmətlər barədə ictimaiyyətə daha dəqiq və sürətli məlumat vermək məqsədi daşıyır. Bu rəqəmsal sima, videoçarxlar, posterlər və digər kommunikasiya vasitələri ilə agentliyin fəaliyyətini geniş kütləyə çatdıracaq.

Aysu vasitəsilə su ehtiyatlarının idarə olunması, içməli su təchizatı, tullantı sularının idarə edilməsi və ekoloji dayanıqlılıq kimi mövzulara dair məlumatlar təqdim ediləcək. Gələcəkdə isə Aysunun interaktiv ünsiyyət və xidmət imkanlarının daha da genişləndirilməsi planlaşdırılır. Bu çərçivədə, müəyyən xidmətlər üzrə sorğuların süni intellekt dəstəyi ilə cavablandırılması və vətəndaş müraciətlərinin daha sürətli həll olunması üçün yeni həllər tətbiq ediləcək.

Bu layihə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müasir texnologiyaların tətbiqinə və vətəndaş yönümlü xidmətlərin rəqəmsal mühitdə inkişafına verdiyi önəmi bir daha göstərir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: