Azərbaycanın sabiq naziri vəfat etdi - FOTO

Azərbaycanın sabiq ədliyyə naziri Nəriman Yusifov uzun sürən xəstəlikdən sonra 92 yaşında vəfat edib.
Minval.İnfo Musavat.com-a istinadla xəbər verir ki, Nəriman Həbib oğlu Yusifov indiki Ermənistanın ərazisində qalmış qədim Azərbaycan torpağında, Vedibasar mahalının Böyük Vedi kəndində doğulub. Bakıda ali hüquq təhsili alıb. Müxtəlif vəzifələrdə çalışıb. 1966-78-ci illərdə 12 il Moskvada, Kremldə SSRİ Ali Soveti Rəyasət Heyətinin aparatında məsul vəzifələrdə işləyib.
Nəriman Yusifov Moskvada çalışdığı illərə dair “12 il Moskvada – Kremldə” adlı kitab yazıb. Kitabda müəllif Mikoyan, Şevardnadze, Voroşilov, Georqadze, marşal Budyonnı, Kosıgin, Rudenko ilə bağlı xatirələrini qeyd edib.
Azərbaycana döndükdən sonra N.Yusifov Bakı şəhər prokuroru, ədliyyə naziri vəzifələrində çalışıb.
N.Yusifov uzun həyatı boyunca hansı postda çalışıbsa, tabeçiliyində olanların rəğbətini qazanıb və onlar onu daima xoş sözlərlə yad ediblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!