Azərbaycanın qeyri-neft ÜDM-i 5,7% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 54 730,2 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,6% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub
Minval.info-nun Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2 % azalıb, qeyri-neft sektorunda isə 5,7% artıb.
ÜDM istehsalının 40,4 %i sənaye, 10,4 %i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,2%-i nəqliyyat və anbar təsərrüfatı, 6,5 %i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,%-i tikinti, 1,8%-i informasiya və rabitə, 1,1%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,4%-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,2%-ini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 5 466,1 manata bərabər olub.
Əhalinin banklardakı əmanətlərinin həcmi ilin əvvəlindən 5% artıb AMB-nin valyuta məzənnələri Azərbaycan əhalisi bu il əsasən quş ətinə üstünlük verib
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Elman Rüstəmov inflyasiyadan danışdı
Azərbaycanda pul bazası ötən ay 80 milyon manatdan çox artıb
İsmayıllıda avtomobil yolunun tikintisinə 3,8 milyon manat ayrılıb
Manat və dolların bugünkü məzənnəsi
Ölkədə qızıl-gümüşün qiyməti yenidən qalxdı
Deputat: Manata güvənənlər haqlı çıxırlar