Azərbaycanın prezidentliyinə daha bir namizəd bəlli oldu
Xəbər verdiyimiz kimi aprelin 11-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
Seçkilərdə iştirak edəcək daha bir namizədin adı bəlli olub.
Söhbət AXCP-nin sədri Razi Nurullayevdən gedir.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Bu barədə Nurullayevin özü “facebook” hesabında məlumat verib:
“Ali Məclisin iclasını keçirtdik və mühüm qərarlar qəbul etdik. Partiya seçkidə iştiraka qərar verdi və mənim namizədliyimi dəstəklədi. Artıq seçkilərdə iştirakımı rəsmi olaraq bəyan edirəm.
Niyə boykot etmədik? – sualına da cavab verdik. Boykot bizim üçün seçkilərin keçirilməsinə mane olmaq, seçki komissiyalarının işini iflic etmək və sonucda YAP-ın aprelin 11-də seçki keçirtməkdən imtina edərək, müxalifətlə danışıqlara başlaması anlamı deməkdir. Bunu edə bilmiriksə, bu, boykot yox, seçkidə iştirakdan imtinadır.
Bir azdan sessiyada çıxışımın tam hissəsi yayımlanacaq və seçkələrə nədən qoşuldiq sualının cavabını izləyə bilərsiniz”. Yenicag.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda