Azərbaycanın ən yaxşı ixracatçıları məlum olub

“İxrac İcmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2021-ci ilin yanvar-iyul ayları üzrə həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
“MİNVAL.İNFO” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı” hesabatının avqust sayında qeyd edilib.
Hesabata görə, siyahının ilk üçlüyündə “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi və “Local Garden” qərarlaşıb.
Digər yerlərdə isə “P-Aqro” MMC, “Baku Steel Company” MMC, “Sun Food” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC, “FruitLand” MMC və Cəfərov İlqar Südgül oğlu yer tutub.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Socar Polymer” MMC, “Azergold” QSC, “Azəralüminium” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərenerji” ATSC, “Azəripək” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, “Caspian Geo” MMC, “Naxçıvan MR Dövlət Energetika Xidməti”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yumurta və toyuq əti kəskin bahalaşıb – Səbəb
Bitkoin bahalaşdı
Gömrüklə bağlı daha bir qərar
Prezident “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Azərbaycan nefti bahalaşdı
Azərbaycanda məhsullar bahalaşıb? – Onları cəza gözləyir
Dolların sabaha olan məzənnəsi