Azərbaycanın ilk özəl iri taxılçılıq təsərrüfatının rəhbərliyində dəyişiklik olub
Ölkənin iri əkinçilik şirkətlərindən olan “Qarabağ Taxıl” MMC-nin idarəetmə formasında və rəhbərliyində dəyişiklik olub.
“Report”a MMC-dən verilən xəbərə görə, nizamnamə kapitalının miqdarı 4 milyon manat olan şirkətin effektiv idarə edilməsi üçün təkbaşına idarəetmə metodu ləğv edilərək kollegial idarəetmə üsulu seçilib.
Şirkətin İdarə Heyətinə Vüqar Baloğlanov sədr təyin edilib. Fikrət Abdullayev və Ruslan Behbudov isə İdarə Heyətinin üzvləri təyin olunublar.
“Səba” ASC-nin törəmə müəssisəsi olan “Qarabağ Taxıl” şirkətin əkinçilik fəaliyyətini özündə birləşdirib. Müəssisə ölkənin 5 rayonunda – Beyləqan, Ağcabədi, Ağsu, Kürdəmir, Şabran rayonlarında 12 min hektardan artıq əkin sahəsinə malikdir. Dən və yem qarğıdalı, soya, arpa, buğda, şəkər çuğunduru yetişdirməklə yanaşı, toxumçuluq fəaliyyəti də göstərir. Buğda və qarğıdalı seleksiyası ilə məşğul olan “Qarabağ Taxıl” bu il ilk dəfə olaraq hibrid qarğıdalı və orijinal soya toxumları becərilməsinə başlayıb.
Qeyd edək ki, “Qarabağ Taxıl” şirkəti 2012-ci ildən fəaliyyət göstərir. Dövlət dəstəyi ilə Azərbaycanda ilk özəl iri taxılçılıq təsərrüfatı məhz bu müəssisədə yaradılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bitkoinin qiyməti 51 min dolları keçib
Maliyyə institutlarının "Turan Bank" a inamı azalıb - HESABAT
Dünya Bankı: Azərbaycan iqtisadiyyatı 2018-ci ildə 1-1,5 faiz artacaq
Füzuli beynəlxalq hava limanın region üçün əhəmiyyəti
ÜST: Azərbaycanda siqaretin qiyməti artırılmalıdır
Azərbaycanda QAZ avtomobillərin yığılmasına başlanılır