Azərbaycanın Belarusdakı səfiri: "Biz razılaşa bilsəydik, bütün bunlar olmazdı"

“ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllində qətiyyəti çatmır”.
Minval.İnfo-nun Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov deyib.
Səfir əlavə edib: “Əlbəttə həmsədrlər artıq neçə ildir ki, münaqişənin həllini axtarırlar… Onlar tərəfindən qətiyyət nümayiş olunmur”.
Səfirin sözlərinə görə, beynəlxalq hüquq prinsipləri – sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyüdür: “Bundan çıxış edərək hərəkət etmək lazımdır. Əgər biz razılaşa bilsəydik, bütün bunlar olmazdı”.
Minsk qrupunun tərkibi ilə bağlı daha sonra diplomat qeyd edib ki, “yeni formatlar axtarmaq hər şeyi yenidən başlamaq deməkdir. Deməli hələ daha bir 25 il münaqişənin həlli üçün lazımdır”.
Səfir əlavə edib ki, danışıqlar sonsuz ola bilməz: “Azərbaycan xalqı məsələnin həllini tələb edir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!