Azərbaycanın 7 rayonunda 20 ədəd subartezian quyusu qazılacaq
Pr
ezident İlham Əliyev “Ağdaş, Ağsu, İsmayıllı, Qəbələ, Qobustan, Oğuz və Şamaxı rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
“Minval.info” xəbər verir ki, Sərəncama əsasən, Ağdaş, Ağsu, İsmayıllı, Qəbələ, Qobustan, Oğuz və Şamaxı rayonlarının əhalisi 38016 nəfər olan 20 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,4 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
| Sıra №-si | Rayonun adı | Quyuların sayı, ədəd | Yaşayış məntəqələrinin adı | Əhalinin sayı, nəfər |
| 1. | Ağdaş | 1 | Xınaxlı kəndi | 592 |
| 2. | Ağsu | 1 | Axundlu kəndi | 234 |
| 3. | İsmayıllı | 5 | Çərmədil kəndi | 85 |
| Qarakolluq kəndi | 253 | |||
| Qoşakənd kəndi | 676 | |||
| Uştal kəndi | 529 | |||
| Vəng kəndi | 436 | |||
| 4. | Qəbələ | 4 | Böyük Əmili kəndi | 1365 |
| Həzrə kəndi | 455 | |||
| İmamlı kəndi | 518 | |||
| Nohurqışlaq kəndi | 3554 | |||
| 5. | Qobustan | 2 | Ərəbşalbaş kəndi | 4925 |
| Qobustan şəhəri | 9407 | |||
| 6. | Oğuz | 5 | Calut kəndi | 1058 |
| Muxas kəndi | 1263 | |||
| Oğuz şəhəri | 7511 | |||
| Padar kəndi | 2563 | |||
| Sincan kəndi | 1682 | |||
| 7. | Şamaxı | 2 | Hacılı kəndi | 427 |
| Şirvan kəndi | 483 | |||
| Cəmi: | 20 | 20 | 38 016 |
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Aqil Abbasın qudası intihar edib? - Açıqlama
Azərbaycan türk iş adamını axtarışa verdi - 1 milyon avroluq dələduzluq
Ən çox şikayət edilən rayonlar bunlardır
Azərbaycanda prezidentliyə daha bir NAMİZƏD
Azərbaycanın turizm potensialı Hindistanın 3 böyük şəhərində təbliğ olunacaq