Azərbaycandan qazaxıstana birbaşa uçuş: Atırauya səyahət indi daha asan!
Azərbaycan Hava Yolları (AZAL) Qazaxıstanın Atırau şəhərinə ilk uçuşunu uğurla tamamlayıb. Bu yeni marşrut Azərbaycan ilə Qazaxıstan arasında hava nəqliyyatı əlaqələrinin genişlənməsinə, işgüzar və turizm səfərlərinin təşviqinə, eləcə də iqtisadi və humanitar əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
Minval.info xəbər verir ki, Bakı-Atırau-Bakı marşrutu üzrə uçuşlar həftədə dörd dəfə – bazar ertəsi, çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcək. Bu yeni istiqamət sərnişinlərə Qərbi Qazaxıstanın əsas iqtisadi mərkəzlərindən biri olan Atırauya rahat və birbaşa səyahət imkanı təqdim edir.
Qazaxıstan, Azərbaycan Hava Yollarının beynəlxalq marşrut şəbəkəsində prioritet istiqamətlərdən biridir. Aviaşirkət, iki ölkə arasında artan mobilliyi və bazar tələbatını nəzərə alaraq, Qazaxıstan üzrə uçuş coğrafiyasını mütəmadi olaraq genişləndirir. Bununla, sərnişinlərə daha çox seçim və rahat səyahət imkanları təqdim edilir, eyni zamanda Azərbaycan ilə Mərkəzi Asiya arasında hava nəqliyyatı əlaqələrinin inkişafına töhfə verilir.
Atırau istiqamətinə biletləri www.azal.az rəsmi internet səhifəsindən, AZAL mobil tətbiqindən, aviaşirkətin kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib