Azərbaycandakı ilk kazino necə olacaq: Emin Ağalarov göstərə-göstərə danışdı
“Yemək-içmək pulsuz təqdim ediləcək”
“Sea Breeze” layihəsinin sahibi, iş adamı Emin Ağalarov Azərbaycanda inşa olunan ilk kazinonun görüntülərini nümayiş etdirərək geniş təqdimat verib.
Musavat.com-un xəbərinə görə, o bildirib ki, tikinti işləri aktiv mərhələdədir və layihə tamamlandıqdan sonra ölkənin turizm sektorunda yeni dövr başlayacaq.
Ağalarov çəkiliş zamanı əsas zalı göstərərək deyib ki, burada 35 metrlik nəhəng günbəz olacaq.
Zalda stolüstü oyunlar üçün geniş sahələr ayrılıb. İş adamının sözlərinə görə, kazinoda bütün yemək və içkilər tamamilə pulsuz təqdim ediləcək.
Onun açıqlamasına görə, “Sea Breeze” kazinosu ölçüsünə görə Avropanın ən böyük, dünyanın isə beşinci ən böyük kazinosu olacaq. Burada 12 VIP zal, geniş ümumi zal, çoxsaylı barlar, kafelər və restoranlar fəaliyyət göstərəcək.
Ağalarov əlavə edib ki, hər mərtəbənin hündürlüyü 10 metr, üzərindəki əlavə günbəz isə 15 metr olacaq. Beləliklə, ümumi zalda 35 metrlik möhtəşəm, geniş məkan formalaşacaq və bu sahə böyük pokerdən tutmuş genişmiqyaslı turnirlərə qədər hər cür tədbirə uyğunlaşdırılacaq.
Layihə çərçivəsində konsert zalının da tikilməsi planlaşdırılıb. Emin Ağalarov bildirib ki, işlər plan üzrə davam edərsə, təxminən il yarımdan sonra Azərbaycandakı ilk kazino qapılarını açacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib