Azərbaycandakı bankların aktivləri son bir ildə 8%-ə yaxın artıb
Bu ilin iyulun 31-nə Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının cəmi aktivləri 30 090,0 mln. manat, cəmi öhdəlikləri isə 25 507,0 mln. manat təşkil edib. Sektorun balans kapitalı 4 583,0 mln. manat olub.
“APA-Economics”in Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) istinadən verdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bankların cəmi aktivləri 2 159,3 mln. manat və ya 7,7%, cəmi öhdəlikləri 1 508,7 mln. manat və ya 6,3%, balans kapitalı isə 650,6 mln. manat və ya 16,5% artıb.
“İyul ayına sektorun aktivlərinin 44,3%-ni kredit portfeli təşkil edib. Ay ərzində kredit portfeli 1,5% (196,2 mln. manat) artıb. Banklar üzrə ümumi kredit portfeli ayın sonuna 13 342,3 mln. manat təşkil edib. Ay ərzində milli valyutada kreditlər 2,5% (210,1 mln. manat) artaraq 8 650,7 mln. manata çatıb”, – deyə MBNP-nin məlumatında qeyd olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir
Çinli avtomobil istehsalçısı BYD Fransada zavod açmağı planlaşdırır
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi