Azərbaycanda yeyinti məhsulları ilə bağlı yeni dövlət rüsumu tətbiq oluna bilər
Azərbaycanda yeyinti məhsulları ilə bağlı yeni dövlət rüsumunun tətbiq olunması təklif edilir.
Trend-in məlumatına görə, bununla bağlı məsələ “Yeyinti məhsulları haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Qanunun 7-ci maddəsinə (Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı) təklif edilən bəndə əsasən, qida təhlükəsiziyi sertifikatının verilməsinə və qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasına (reyestrdən çıxarışın verilməsinə, çıxarışın dublikatının verilməsinə və reyestr məlumatlarında fəaliyyət sahəsindən asılı olaraq dəyişikliklərin edilməsinə) görə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutululur.
“Baytarlıq haqqında” qanunun 39-cu maddəsinə (Baytarlığın maliyyə təminatı) təklif edilən dəyişikliyə əsasən isə baytarlıq şəhadətnaməsinin, sertifikatının, baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin, heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsinə və ətin, heyvan və quş cəmdəklərinin üzərinə nişan qoyulmasına görə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövət rüsumu tutulur.
Qanuna təklif edilən dəyişikliklər Milli Məclisin mayın 17-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO