Azərbaycanda yerli toxum istehsalı genişlənir
Azərbaycanda sertifikatlı yerli toxum istehsalının artırılması və özəl sektorun toxumçuluq sahəsində rolunun genişləndirilməsi nəzərdə tutulur. Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bu barədə mətbuat konfransında məlumat verib. Minval.info xəbər verir ki, yeni qəbul olunan “Toxumçuluq haqqında” Qanun çərçivəsində özəl şirkətlərin bu sahədə fəaliyyət imkanlarının artırılması əsas istiqamətlərdəndir.
İlhamə Qədimova bildirib ki, məhsuldarlığın yüksəldilməsi üçün keyfiyyətli toxumdan istifadə mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə fermerlərin sertifikatlı toxuma çıxışının genişləndirilməsi, yerli toxum istehsalının artırılması və yerli məhsula etimadın gücləndirilməsi planlaşdırılır. Nazir müavini əlavə edib ki, bazarda həm yerli, həm də idxal toxumlarından istifadə edilir. Yeni yanaşma toxum istehsalının artırılması ilə yanaşı, onların keyfiyyətinə nəzarətin gücləndirilməsini və monitorinq mexanizmlərinin genişləndirilməsini də əhatə edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib