Azərbaycanda yeni zavod tikiləcək
Azərbaycanda 2022-ci ilədək qaz emalı zavodu tikmək planlaşdırılır.
Minval.info Trend-ə istinadən bildirir ki, bunu “BM Morison Partners”in idarəedici tərəfdaşı Ayxan Əsədov SOCAR-ın IV beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Neft emalı, Neft-kimya, Ticarət, Logistika” beynəlxalq forumunda deyib.
Onun sözlərinə görə, layihələndirmə-mühəndis işləri artıq başa çatıb, bu il zavodun tikintisinə başlamaq nəzərdə tutulur.
A.Əsədov qeyd edib ki, Azərbaycanda daha əvvəl vahid neft-qaz emalı kompleksi tikmək planlaşdırılsa da, neft qiymətlərinin azalması ilə əlaqədar plan dəyişdi:
“Layihəni 2017-2020-ci illərdə reallaşdırmaq nəzərdə tutulurdu. Kompleks dörd hissədən ibarət olmalı idi – qaz emalı zavodu, neft emalı zavodu, neft-kimya zavodu və elektrik stansiyası”.
O bildirib ki, əsas dəyişikliklər neft emalı sahəsində qeydə alınıb. Yeni zavodun tikintisi əvəzinə diqqət Heydər Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsinə ayrılıb:
“2020-ci ilin noyabrına kimi zavodda 3,3 milyon ton dizel, 2021-ci ilin fevralınadək isə 2,2 milyon ton benzin istehsal etmək planlaşdırılır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir
Çinli avtomobil istehsalçısı BYD Fransada zavod açmağı planlaşdırır
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi