Azərbaycanda əxlaqsızlıq yuvalarına basqın edilir - Xüsusi əməliyyat
Əxlaqsızlıq yuvalarına qarşı xüsusi əməliyyat…
Minval.info xəbər verir ki, ölkədə genişmiqyaslı əməliyyatlar aparılır. Belə ki, uzun zamandır gizli şəkildə kafelərdə, otellərdə, masaj salonlarında fəaliyyət göstərən əxlaqsızlıq yuvalarına bir-bir basqın edilir.
Artıq hüquq mühafizə orqanlarının insan alverinə qarşı apardığı xüsusi əməliyyatlar nəticəsində bir sıra əxlaqsızlıq yuvaları aşkar edilib və bağlanılıb.
Əldə etdiyimiz məlumata görə, insan alverinə qarşı iri miqyaslı xüsusi əməliyyata start verilib. Bakı və digər regionlarda təsbit edilən əxlaqsızlıq yuvalarına qarşı basqınlar olunur.
Qeyd edək ki, bu əməliyyat çərçivəsində Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları Goranboy, Sumqayıt və digər ərazilərində basqınlar ediblər. Hazırda əməliyyatlar davam etdirilir.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ