Azərbaycanda “Xəzər günü” qeyd olunur
Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər ilin bu günü bu tarix “Xəzər günü” kimi qeyd olunur.
Azərbaycanda “Xəzər günü” üç tərəfdən Xəzər dənizinin əhatəsində yerləşən Abşeron Milli Parkında “Xəzərin mühafizəsində birik, birlikdəyik!” devizi altında qeyd olunub.
Xəzər dənizinin və sahil zolağının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq məqsədilə keçirilən tədbirdə Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv olan 50-dək könüllü iştirak edib.
İştirakçılara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən Xəzərin ekoloji problemləri, görülən işlər, aparılan monitorinqlər barədə məlumat verilib, dənizin çirkləndirilməsinin qarşısının alınmasında ictimaiyyətin böyük rolu olduğu bildirilib.
Daha sonra Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin Səyyar Laboratoriyası vasitəsilə su nümunələri üzərində aparılan analizlər əyani olaraq könüllülərə nümayiş etdirilib.
İştirakçılar arasında Xəzər dənizinin ekosisteminə, bioloji resurslarına aid sualları əhatə edən viktorina keçirilib və qaliblərə hədiyyələr təqdim olunub.
“Xəzər günü” Abşeron yarımadasını ən ucqar şərq nöqtədə Xəzərlə birləşdirən “Şah Dili”yə səyahətlə yekunlaşıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!