Azərbaycanda uşaqların internetdən istifadəsinə nəzarət edən YENİ PROQRAM

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə “Uşaqların internet təhlükəsizliyi” layihəsi çərçivəsində “Valideyn nəzarəti və internet təhlükəsizliyi” proqramı (kidsafe) yaradılıb.
Komitədən Minval.İnfo-ya verilən məlumata görə, proqram Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsinin tövsiyələrinə əsasən hazırlanıb. Proqram təminatı uşaqların internet məkanında müdafiəsinə, valideynlərin uşaqların daxil olduğu elektron səhifələri və sorğuları haqqında məlumatlandırılmasına xidmət edəcək.
İcra edilən tədbirlər Hökumətin Uşaq Hüquqları haqqında Konvensiyaya dair hesabatında əks etdiriləcək. Sadalanan problemlərin aradan qaldırılması uşaqların inkişafına, təhsilinə təsir göstərəcək. “www.kidsafe.az” proqramı 1000-dən çox pornoqrafik, ekstremist amillər, zorakılıq, spam və virus xarakterli və s. kimi filtrləmə məlumat bazası, tam formada qoruyucu funksiya ilə təmin olunub.
Proqram istifadəçi tərəfindən spesifik filtrləmə funksiyasının yerinə yetirilmə imkanı da yaradır. Proqramda uşağın istifadəsi zamanı “keylogger” sistemi işə düşərək istifadə etdiyi vebsaytlar, proqramlar və sözlər kimi istənilən məlumatlar qeyd edilərək valideynə ötürülür. Kompüterə uzaqdan vaxt limiti təyin etmək kimi funskiyası da yüksək formada çalışır. Sistemdə əlavə olaraq boş vaxt modulundan irəli gələrək bloq sistem də yaradılıb ki, onunla səhiyyə, psixoloji aspektlər, hüquqi maarifləndirmə, sual-cavab kateqoriyalar üzrə məlumatlar yerləşdirmək mümkündür.
Proqram təminatı “E-Box” şirkətinin texniki dəstəyi ilə hazırlanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mirqafar Seyidovun kürəkəni vəfat etdi
Yarmarkada qiymətlər necədir? - VİDEO
Bu şəxslər üçün avtobus pulsuz oldu
Bakı və rayonları toz-duman bürüyəcək - Nazirlikdən xəbərdarlıq
Bakıda tanınmış ilahiyyatçının qardaşı hakim önündə
Ramil Usubov: "Yol polisinin vəzifəsi cəzalandırmaq deyil"